Şamaxı rayonundan seçilmiş namizədlər üçün “Maliyyənin idarə olunması” mövzusunda təlim keçirilib.
19 oktyabr 2023, 12:01
Qarabağ KOB-ları proqramı çərçivəsində Şamaxı rayonundan seçilmiş namizədlər üçün “Maliyyənin idarə olunması” mövzusunda təlim keçirilib. Təlimçi Ruslan Atakişiyev aşağıdakı mövzulara toxunub:
- Maliyyə mənbələri haqqında məlumat;
- Müəssisənin və ya hər hansısa layihənin büdcəsinin formalaşdırılması;
- Smetanın formalaşdırılması;
- Xərclərin müəyyənləşdirilməsi;
- Sabit və dəyişən xərclərin müəyyənləşdirilməsi;
- Vergi uçotu ilə əlaqəli məsələlər;
- VÖEN-in açılması prosesi;
- Müəssisənin qurulması üçün gərəkli olan qeydiyyat məsələləri;
- Hesabatlılıq;
- Bank hesabının açılması;
Təlim interaktiv şəkildə keçib. Prosesdə və sonda iştirakçıların sualları cavablandırılıb.