“Biznes planın hazırlanması” mövzusunda təlim keçirilib.
16 oktyabr 2023, 12:03
Qarabağ KOB-ları proqramı çərçivəsində İsmayıllı rayonundan seçilmiş namizədlər üçün “Biznes planın hazırlanması” mövzusunda təlim keçirilib. Təlimçi Elçin Polyuyev aşağıdakı mövzulara toxunub:
- Biznes plan nədir?
- Biznes plan nə üçün önəmlidir?
- Biznes planın əhəmiyyəti;
- Biznes planlama sahələri və addımları
- Məhsul və xidmət;
- Bazara çıxış strategiyası;
- Müştəri ilə əlaqənin qurulması;
- Rəqabət və rəqiblər;
- Məkan seçimi
Təlim interaktiv şəkildə keçib, iştirakçıların sualları cavablandırılıb. Sonda iştirakçılara sertifikat təqdim olunub.